Feysbuk və İnstaqram tibbi maska taxmaqla bağlı xəbərdarlıq edəcək

7 İyul 2020 21:55

İnstaqram və Feysbuk istifadəçilərinə "maska tax" adlı bildiriş göndərəcək.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu xüsusiyyət hazırda yalnız Amerika Birləşmiş Ştatlarındakı istifadəçilərin ixtiyarına verilib. Gələcəkdə isə digər ölkələrdə də tətbiq ediləcəyi planlaşdırılıb. İlk dəfə ABŞ-da tətbiqi isə koronavirusdan ən çox ölüm halının burada qeydə alınması ilə bağlıdır.

"Maska tax" bildirişinə daxil olan istifadəçilər Covid19 məlumat mərkəzinə yönləndiriləcəklər.

Milli.Az