Apple-ın əfsanəvi AR eynəklərinin satışa çıxarılacağı zaman məlum oldu

7 İyul 2020 22:55

Apple-ın əfsanəvi artırılmış reallıq eynəkləri ilə bağlı konsepsiya dizaynı hazırlanıb. Hacker 34 adlı dizayner tərəfindən yaradılan dizayn konsepsiyası həm də funksionallığı ilə diqqəti cəlb etməyi bacarır.

Milli.Az ted.az-a istinadən bildirir ki, Hacker 34 hazırladığı dizaynda retina ekrandan istifadə edib. Dizayner, həmçinin bu artırılmış reallıq eynəklərinin G1 adlı prosessordan güc alacağını düşünür. Apple-ın artırılmış reallıq eynəklərində qabaqcıl LIDAR texnologiyasından istifadə edəcəyini düşünən dizayner bu məhsulun gün ərzində rahat istifadə ediləcəyini və sürətli şarj dəstəyinə sahib olacağını düşünür. Bundan əlavə, bu eynəklər çərçivələrindəki toxunma sahələri tərəfindən idarə edilə bilər.

Hacker 34-ün sözlərinə görə, Apple-ın artırılmış reallıq eynəkləri bir çox funksiyaya sahib olacaq. Məsələn, bir istifadəçi bildirişlərini bu eynək vasitəsilə görə bilər və ya naviqasiyadan yol haqqında məlumat əldə edə bilər. Əslində Apple-ın bu qədər inkişaf etmiş xüsusiyyətləri olan artırılmış reallıq eynəklərinin dizayn etməsi iPhone və Apple Watch ehtiyaclarını azalda bilər. Apple-ın bunu istəyib-istəməməsi hələlik məlum deyil.

Son zamanlarda məlumat sızdırmaqla məşhurlaşan Jon Prosser Apple-ın artırılmış reallıq gözlüyü üzərində çalışdığını və bu gözlüyün 2021-ci ilin ortalarında satışa çıxarıla biləcəyini açıqlayıb. Təcrübəli Apple analitiki Ming-Chi Kuo isə bu məhsulun 2021-ci ildə deyil, 2022-ci ildə satışa çıxarılacağını söyləyib.

Milli.Az