Məşhur oteldə karantin qaydalarını pozanlar saxlanıldı - VİDEO

5 İyul 2020 17:15

Bakının məşhur hotellərindən birində karantin rejiminin qaydalarına zidd olaraq hovuz müştərilər üçün açıq olub.

Hovuz ətrafında istirahət edən şəxslərin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, polis həmin oteldə karantin qaydaları pozulmasına görə, həmin şəxsləri saxlayıb.

Karantin rejimini pozan şəxslər inzibati məsuliyyətə cəlb olunacaq.

Milli.Az