Buffondan rekord göstərici

5 İyul 2020 16:54

İtaliya A Seriyasının 30-cu turunun "Torino" ilə ev oyunu "Juventus"un qapıçısı Canluici Buffon üçün əlamətdar olub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 42 yaşlı qolkiper bu oyunda meydana çıxmaqla A Seriyası tarixində yeni rekord müəyyənləşdirib.

Ölkə çempionatındakı oyun sayını 648-ə çatdıran Buffon "Milan"nın sabiq müdafiəçisi Paulo Maldinini geridə qoyaraq bu göstəricidə ilk pilləyə yüksəlib. Maldini 1984-2009-cu illərdə elitada 647 görüşdə iştirak etmişdi.

Milli.Az