Rusiyada ayın futbolçusu seçildi

5 İyul 2020 16:55

Rusiya Premyer Liqasında iyun ayının ən yaxşı futbolçusu məlum olub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu, Moskva "Lokomotiv"inin yarımmüdafiəçisi Aleksey Mirançukdur. Bu barədə Premyer Liqanın mətbuat xidməti məlumat yayıb.

Mirançuk Premyer Liqada ötən ay iştirak etdiyi 3 oyunda 4 qol vurub.

Milli.Az