Bülent Uyqun qovuldu

5 İyul 2020 16:25

Türkiyə Super Liqasında çıxış edən "Denizlispor" komandası baş məşqçisi Bülent Uyqunla yollarını ayırıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 49 yaşlı mütəxəsislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Qeyd edək ki, "Denizlispor" 30 oyundan sonra 32 xalla 12-ci pillədə qərarlaşıb. Komanda 16-cı sıradakı "Kayserispor"dan 4 xal irəlidədir. Bülent Uyqun bu ilin fevralında baş məşqçi təyin olunub.

Milli.Az