Baba dəryazla 13 yaşlı nəvəsinin ayağını kəsib

5 İyul 2020 11:09

Yevlaxda bədbəxt hadisə baş verib.

Belə ki, baba ot kəsən mexaniki dəryazla ehtiyatsızlıqdan nəvəsinin ayağını kəsib. 

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Əkşəm kəndində qeydə alınıb. 

Sol ayaq nahiyəsinin topuq hissəsindən xəsarət alan 2007-ci il təvəllüdlü Nurlan Vəkirov xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra Bakıdakı klinikalardan birinə göndərilib.

Milli.Az