4 otaqlı evdə yanğın baş verib

5 İyul 2020 08:06

Gəncədə 4 otaqlı evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Gəncə şəhərinin Kəpəz rayonunda ümumi sahəsi 139 m² olan birmərtəbəli 4 otaqlı evin mətbəxində tavan 20 m² sahədə, 2 ədəd məişət avadanlığı və mebel 3 p.m yanıb. Yüksək temperaturdan mətbəxin pəncərə çərçivəsi qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az