Azərbaycanda indiyədək 19801 nəfər COVID-19-a yoluxub, 11291 nəfər sağalıb, 241 nəfər vəfat edib

4 İyul 2020 20:26

İndiyədək ölkədə ümumilikdə 19801 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Milli.Az-a verilən məlumata görə, onlardan 11291 nəfər müalicə olunaraq sağalıb, 241 nəfər vəfat edib, 8269 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Milli.Az