Kurmanbek Bakiyev: «Mən istefa verməmişəm!»

21 Aprel 2010 14:23
Milli.Az "İTAR-TASS"a istinadən xəbər verir ki, Minskdə jurnalistlər üçün verdiyi açıqlamada o, Qırğızıstanda baş verənlərə görə, məsuliyyət daşıdığını söyləyib. "Xalqım dəhşətli faciə yaşayır. Quldur dəstə özünü hakimiyyət elan edib və ölkədə özbaşınalıq edir. Mən prezident və konstitusiyanın qarantı kimi faciəyə görə, məsuliyyət daşıyıram. Mən bu faciənin qarşısını almalıyam. Odur ki, istefamı təsdiqləmirəm", - deyə Bakiyev bildirib.

Xatırladaq ki, Bakiyev Minskə Belarus prezidenti Aleksandr Lukaşenkonun dəvəti ilə gedib.

Milli.Az