Şəmkirçay su anbarında batan şəxs axtarılır

4 İyul 2020 16:57

Şəmkirçay su anbarında batan şəxs axtarılır.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə Şəmkir rayonunun Yuxarı Seyfəli kəndi ərazisində Şəmkirçay su anbarında 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Milli.Az