İyun ayında Amerika hərbi qulluqçuları arasında koronavirusa yoluxma hallarının sayı iki dəfə artıb

5 İyul 2020 06:30

ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular arasında koronavirusa təsdiqlənmiş yoluxma hallarının sayı son üç həftə ərzində iki dəfədən çox artıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, iyulun 1-nə olan vəziyyətə görə, 12521 Amerika hərbi qulluqçusu virusa yoluxub. İyunun 3-də bu rəqəm 6864 təşkil edirdi.

Yoluxma hallarının sayına görə ordu hərbi-dəniz donanmasını üstələyib: orduda 3836, HDQ-də isə 3662 hal qeydə alınıb. Pandemiya başlayandan COVID-19 virusu 3 hərbi qulluqçunun həyatına son qoyub.

Milli.Az