Daşkəsəndə 2 tondan çox narkotik məhv edilib - FOTO

4 İyul 2020 14:33

Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən "Xaş-xaş 2020" əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Kəçərqaya kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

DİN-in Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, ümumi çəkisi 2442 kq olan 8432 ədəd çətənə kolu polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az