"Özünüzü qoruyun!" - Koronavirusa yoluxan jurnalist sağaldı - FOTO

4 İyul 2020 09:59

"Kaspi" qəzetinin baş redaktoru İlham Quliyevin koronavirusa yoluxması barədə məlumat vermişdik.

Milli.Az xəbər verir ki, baş redaktor bu virusdan sağalıb. Jurnalist özü bu barədə sosial şəbəkə statusunda qeyd edib.

O, bildirib ki, evə buraxılıb, 14 günlük karantin müddətindən sonra müalicəsi evdə davam etdiriləcək.

Əziz dostlar!
Müalicəmi yekunlaşdırıb xəstəxanadan evə buraxıldım. Allahın köməkliyi ilə çətin günləri arxada qoyduq! 14 günlük ev karantinindən sonra iş başına dönəcəyəm!
Maraqlanan, narahat olan hamıya təşəkkür edirəm!
Özünüzü qoruyun!

Bəxtiyar Umarlı
Milli.Az