Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı 500 mini ötdü

3 İyul 2020 23:51

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 3-nə olan statistik göstəriciləri açıqlayıb.

Milli.Az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 7 137 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 502 965 test aparılıb. Aktiv xəstə sayı 8 212 nəfərdir, onlardan 267 nəfər reanimasiyadadır, 59 nəfər isə süni tənəffüs aparatına qoşulub.

Milli.Az