Pakistanda son sutka ərzində 4087 nəfər koronavirusa yoluxub

3 İyul 2020 23:21

Son 24 saatda Pakistanda COVID-19-a 4087 nəfər yoluxub və xəstələrin ümumi sayı 221 min 896-ya çatıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sutka ərzində virusdan 78 xəstə ölüb və hazırda dünyasını dəyişənlərin ümumi sayı 4551 nəfərdir. Xəstəxanalarda 103 min 722 pasiyent müalicə alır, 2479 xəstə ağır vəziyyətdədir.

Milli.Az