Dabonun yeni klubu bəlli oldu

3 İyul 2020 21:45

"Neftçi"dən ayrılan Baqali Dabonun yeni klubu müəyyənləşib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, fransalı hücumçu karyerasını Kiprin "Apollon" klubunda davam etdirəcək.

Forvard sözügedən klubla 2022-ci ilin mayınadək sözləşmə imzalayıb.

Qeyd edək ki, Baqali Dabo "Apollon"a azad agent kimi keçib. O, Azərbaycanda "Neftçi"dən başqa "Qəbələ"də də çıxış edib. 

Milli.Az