Türk Hava Yolları: İstanbul-Bakı-İstanbul uçuşları bərpa olunub

3 İyul 2020 19:27

Türk Hava Yolları iyul ayında təxirə salınan uçuşlar haqqında məlumat yayıb.

Şirkətdən Milli.Az-a bildirilib ki, iyul ayının çərşənbə və cümə günlərində icra edilməsi planlanan və bu gün ləğv olunan İstanbul - Bakı - İstanbul uçuşları bərpa olunub. Bilet almış bütün sərnişinlər öz qaydasında ölkələrinə qayıda biləcəklər.

Yaranmış olan bu narahatlıq səbəbi ilə Türk Hava Yolları sərnişinlərdən üzrxahlıq edir.

Milli.Az