Azərbaycanda bir yasda 84 nəfər koronavirusa yoluxub

3 İyul 2020 17:43

"Son həftələr ərzində daha gənc yaşlarda ölüm halları da müşahidə olunur. Qadınlar arasında yoluxmanın faizi daha yuxarıdır".

Milli.Az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, virus nə qədər çox insana yoluxarsa, o qədər çox mutasiya edir: "Getdikcə daha da ağırlaşa bilir. Xəstəliyi ailələr şəklində ağır keçirənlər də var. Elə yas yeri var ki, orada 84 nəfərin koronavirusa yoluxduğu aşkarlanıb".

Milli.Az