TƏBİB: Bakıda çarpayıların doluluq səviyyəsi 80-85 faizə çatır

3 İyul 2020 17:39

Bakı, Sumqayıt və Abşeron rayonu üzrə xəstələrin sayı COVİD-19-a yoluxan xəstələrin əksəriyyətini təşkil edib. Bunun nəticəsidir ki, Bakıda çarpayıların doluluq səviyyəsi 80-85 faizə çatır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, Bakı şəhərinin Nəsimi rayonu, Aberon rayonu, Sumqayıt şəhərində yoluxma sürətlə artır: "Oğuz, Ucar, Zərdab rayonlarında vəziyyət qənaətbəxş olsa da, rahatlaşmaq lazım deyil. Biləsuvar, Astara, Ismayıllı rayonları riskli ərazilərdir".

Milli.Az