“Heç kimim yoxdur” - Tənhalıqdan ağlayan Şəbnəm Tovuzlu - VİDEO - FOTO

3 İyul 2020 20:36

ARB TV-nin "Ona qalsa" verilişinin növbəti qonağı müğənni Şəbnəm Tovuzlu olub.

Milli.Az xəbər verir ki, müğənni təkliyi sevmədiyindən danışıb:

"Tək olmağı sevmirəm, evdə səs-küyü, çoxluğu sevən adamam. Birdən uşaqlar hardasa olanda elə düşünürəm ki, heç kimim yoxdur, həyatda təkəm, tənhayam, kövrəlib ağlayıram. Gündə Əliyə 10 dəfə "Əli etmə" demədinsə boşluq olur".

Qeyd edək ki, bu buraxılış ARB televiziyasında yayımlanan "Ona qalsa" verilişinin sezon finalı olub.

Milli.Az