Düyülü pilinqlə dərin daha cavan görünəcək

4 İyul 2020 18:42

Tərkibində çoxlu miqdarda B vitamini olan düyü dəri üçün ən yaxşı qoruyucu vasitələrdən biridir. Yapon qadınlarının təmiz və hamar dərilərinin sirri də elə düyü maskası və kirşanıdır.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, tərkibindəki RR vitamini streslə mübarizə aparmağa kömək edir, dərinin elastikliyini artırır. Buna görə də düyüdən maska hazırlayıb, üzə çəkmək super-effekt yaradacaq.

· Düyünü suda isladıb, üzünüzə kompres edin. 15 dəqiqə saxladıqdan sonra üzü nəm parça ilə silin. Bitkinin tərkibindəki EE vitamini dəridəki ölü hüceyrələri aradan qaldıracaq, dərini zədələrdən qoruyacaq. Düyü qırışların açılmasına, dərinin daha da cavanlaşmasına kömək edəcək.

· Hər gün üzünüzə düyü yağı çəkin.

· Düyünü yuyub, blenderdə əzin. Üzərinə 2 xörək qaşığı isti süd, töküb qarışdırın. Alınan maddəni qalın formada üzə çəkin. 10-15 dəqiqədən sonra maskanı silib, üzü su ilə yuyun. Maska dərini daha yumşaq və hamar edəcək, qan dövranını yaxşılaşdıracaq.

Milli.Az