Evli sevgilisindən ayrıldığını deyirdi, belə görüntüləndi - FOTO

3 İyul 2020 14:12

Bir müddət əvvəl evli sevgilisi Şafak Mahmutyazıcıoğludan ayrıldığını açıqlayan aparıcı Ece Erken Bodrumda görüntülənib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sevgilisinin xanımının avtomobilinə hücum edən, instaqramda saxta boşanma sənədlərini yayan və məhkəməlik olan Erken, sən demə, Ş. Mahmutyazıcıoğlu ilə münasibətlərini bitirməyib.

O, əvvəlcə "səhv etdim, ayrıldım" desə də, vəkillə eşq yaşamağa davam edib. E. Erken sevgilisi ilə Bodruma gedib, onunla səmimi bir şəkildə paparassilər tərəfindən lentə alınıb.

Milli.Az