"Sabah" Sopiçi istefaya göndərdi - Rəsmi

3 İyul 2020 13:42

"Sabah" baş məşqçisi Jelko Sopiçlə yollarını ayırıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Jelko Sopiçə kluba göstərdiyi xidmətlərə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.

Sopiçlə yanaşı, köməkçisi Marko Lozo və fiziki hazırlıq üzrə mütəxəssis İvan Çukoviçlə də yollar ayrılıb.

Qeyd edək ki, Sopiç ötən ilin dekabrında Bakı təmsilçisinin baş məşqçisi təyin olunmuşdu.

Xatırladaq ki, "Sabah" koronavirus səbəbindən vaxtından əvvəl başa çatdırılan Azərbaycan Premyer Liqasını 6-cı pillədə tamamlayıb.

Milli.Az