Xavi "Barselona"nın təklifini qəbul etdi

3 İyul 2020 13:18

"Əl Sadd"ın (Qətər) baş məşqçisi Xavi növbəti mövsümdən "Barselona"nı çalışdırmağa razılıq verib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, Kataloniya təmsilçisinin baş məşqçisi olmaq təklifini qəbul edib. Bildirilib ki, klubun hazırkı çalışdırıcısı Kike Setyen mövsüm başa çatdıqda sonra istefaya göndəriləcək.

Xavinin "Barselona"da ilinə 6 milyon avro qazanacağı vurğulanıb.

Qeyd edək ki, Kataloniya klubu hazırda La Liqada 70 xalla 2-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Xavi futbolçu karyerası ərzində 1998 - 2015-ci illərdə "Barselona"da oynayıb.

Milli.Az