Hindistanda 26 nəfəri ildırım vurdu

3 İyul 2020 12:30

Hindistanın şərqindəki Bihar ştatında ildırım vurması nəticəsində azı 26 nəfər həlak olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu, son bir həftə ərzində üçüncü kütləvi ildırım vurması halıdır.

İyunun 25-də 92 nəfər, iyunun 30-da isə 11 nəfər ildırımın qurbanı olmuşdu.

Buna səbəb kimi insanların ildırım vaxtı tarlada işləməyə davam etmələri göstərilir.

Sinoptiklərin məlumatına görə, yağışlı hava və ildırım daha bir neçə gün davam edəcək.

Milli.Az