"Milan"dan yeni transfer

2 İyul 2020 22:09

"Milan" heyətini yeni futbolçu ilə gücləndirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, A Seriyası təmsilçisi "Anderlext"dən Aleksis Salemakersi transfer edib. 21 yaşlı müdafiəçi ilə 2024-cü ilin yayına qədər müqavilə imzalanıb.
 
"Milan" belçikalı futbolçu üçün "Anderlext"ə 3,5 milyon avro ödəyib. Müdafiəçi bu ilin yanvarında icarə əsasında "Milan"a keçmişdi.
 
Qeyd edək ki, Aleksis bu mövsüm A Seriyasında 5 oyunda iştirak edib.

Milli.Az