KATV1 internet xidmətini tətbiq etməyə hazırdır
17 Dekabr 2011 16:56
KATV1 kabel televiziya operatoru genişzolaqlı Internet xidmətini tətbiq etməyə hazırdır. Hal hazırda 1-ci, 9-cu mikrorayonda və Nərimanov rayonunda yaşayan abonentlər şirkət xidmətindən yararlanaraq İnternetdən istifadə edə bilər. Bu gündən etibarən abonentlər 127 nömrəli şəhər telefonuna zəng edərək İnternet xidmətindən istifadə etmək niyyətlərini bildirərək qoşulma sifarişini verə bilərlər.
Genişzolaqlı internet xidməti Docsis texnoloqiyası ilə tətbiq edilir, abonent internetə qoşulmaq üçün xüsusi kabel modemindən istifadə edəcək, modem pulsuz icarəyə veriləcək, xidmətdən istifadə bitdikdən sonra müştəri modemi qaytarmalıdır. Komplektasiyaya modem, elektrik təchizat bloku və LAN kabel daxildir. Mənzil daxilində istifadə olunan kabel abonentə pulsuz təqdim olunacaq.
Əvvəlcə vəd olunduğu kimi, tariflər çox münasibdir:
Sürət İnternetin qiyməti Kabel televiziyasının İnternet + TV
baza paketinin qiyməti
2 12 AZN 9 AZN 21 16 AZN
4 18 AZN 9 AZN 27 22 AZN
6 28 AZN 9 AZN 37 33 AZN
8 40 AZN 9 AZN 49 44 AZN
10 60 AZN 9 AZN 69 62 AZN
12 80 AZN 9 AZN 89 80 AZN
20 100 AZN 9 AZN 109 98 AZN
30 120 AZN 9 AZN 129 116 AZN
40 200 AZN 9 AZN 209 188 AZN
50 300 AZN 9 AZN 309 278 AZN
100 350 AZN 9 AZN 359 323 AZN
KATV1 Azərbaycanın birinci və ən böyük kabel televiziya operatoru olaraq daimi olaraq əhatə dairəsini genişləndirir və inkişaf edir. Hal hazırda şirkət xidmətlərinin əhatə dairəsinə Bakı şəhərinin 11 rayonundan 9-u, Xırdalan və Mingəçevir şəhəri daxildir, həmçinin AG Telekom şirkəti ilə sıx əməkdaşlıq edən SNTV kabel televiziya operatoru Sumqayıt şəhər sakinlərinə xidmət göstərir. Yaxın zamanlarda şirkət Gəncə filialını şəhər sakinlərinin istifadəsinə verəcək.
Ətraflı məlumatı şirkətin filiallarında, (012) 127 telefon nömrəsinə zəng edərək və ya şirkətin rəsmi saytına (www.katv1.az) daxil olaraq əldə edə bilərsiniz.