Paytaxtda karantin postları tam yığışdırılmayıb - VİDEO

2 İyul 2020 16:54

Daxili İşlər Nazirliyi Bakıda əksər küçə və prospektlərdə karantin postlarını yığışdırsa da, hazırda bəzi ərazilərdə yoxlamalar aparılır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Atatürk prospektinin "Gənclik" metrostansiyası istiqamətində yolda karantin postu quraşdırılıb və avtomobillər yoxlanılır.

Məlumata görə, paytaxtın əksər yerlərində postlar götürülsə də, bundan başqa daha bir neçə yerdə yoxlamalar davam etdirilir.

Milli.Az