Google yedəkləmə funksiyasını dayandırır

4 İyul 2020 21:55

Google artıq Instagram ilə WhatsApp-dakı foto və videoları yedəkləməyəcək.

Milli.Az ted.az-a istinadən bildirir ki, yedəkləməni artıq istifadəçilər özləri həyata keçirəcəklər.

Məlumatda qeyd olunur ki, buna səbəb koronavirus pandemiyası dönəmində internet istifadəsinin azaldılmasıdır.

Xatırladaq ki, YouTube və Netflix də bununla bağlı görüntü keyfiyyətini azaltmışdı. İndi isə Google bu məsələyə öz töhfəsini verməyə hazırlaşır. Amma çoxlarına görə, sözügedən qərar çox gecikib.

Milli.Az