Balansında 1 BTC-dən çox olan cüzdanlar artıb

4 İyul 2020 22:40

Bitinfocharts.com analitik portalı balansında bitcoin sayı göstərilən BTC-cüzdanlar barədə statistik məlumatları dərc edib. Hazırda mövcud olan 50.1 milyon BTC-cüzdan arasında balansına görə ən iri 3 BTC-cüzdan:

Bundan əlavə, hazırda 103 cüzdanda 10.000-dən çox BTC, 2.046 cüzdanda 1.000-dən 10.000-ə qədər BTC, 13.929 cüzdanda isə 100-dən 1.000-ə qədər BTC saxlanılır.

Balansında ən azı 1 bitcoin olan cüzdanların sayı 664.539 təşkil edir.

Məlumat üçün qeyd edək ki, 2017-ci ilin mart ayı üçün ümumi BTC-cüzdanları sayı 12.656.618 idi. 2020-ci ilin iyun ayında bu rəqəm 50.166.790 olub.

Milli.Az