“Ernst & Young” kripto-vergilərin hesablanmasını asanlaşdırdı

4 İyul 2020 21:40

Dünyanın ən böyük 4 audit ("BİG 4") şirkətindənbiri olan Ernst & Young kriptovalyuta sahiblərinə vergi ödənişlərini asanlaşdıran yeni tətbiq - EY CrуptoPrep təklif edib. CrуptoPrep istifadəçilərinə rəqəmsal valyutalar ilə əlaqəli mənfəət və zərərləri hesablamağa kömək edəcəkdir. EY müştəriləri rəqəmsal aktivlərlə olan bütün əməliyyatlarla bağlı məlumatları birləşdirmək üçün tətbiqi müxtəlif birjalara əlaqləndirə biləcəklər. Bunun nəticəsində CrуptoPrep avtomatik olaraq müvafiq vergi qaydalarını seçərək bütün hesablamaları aparacaq.

Milli.Az