Smartfonlarda yeni Chrome interfeysi hazırlanır

4 İyul 2020 19:40

Uzun illərdir ki, Chrome mobil brauzerinin görünüşü praktiki olaraq dəyişməyib. Son bir neçə ildə tətbiqi yeniləməyən insanlar, hətta yeniləsələr də kəskin dəyişikliklər görməyəcəklər.

Milli.Az ted.az-a istinadən bildirir ki, son məlumatlara görə, Google smartfonlarda yeni Chrome interfeysi üzərində işləyir.

Yeni interfeys işə salındıqdan sonra Android üçün Chrome-un alt panelində bütün açıq səhifələr görünəcək və onları bağlamaq imkanı da mümkün olacaq.

Milli.Az