Microsoft pandemiyaya görə işini itirənlər üçün proqram elan etdi

4 İyul 2020 18:20

Microsoft 25 milyon insanın rəqəmsal bacarıqlarını inkişaf etdirmək məqsədilə pulsuz təhsil proqramı elan edəcək.

Milli.Az ted.az-a istinadən bildirir ki, proqram öncə pandemiyaya görə iş yerini itirənlərə şamil olunacaq. Proqram iştirakçıları qrafik dizayner, məlumat analitiki, rəqəmsal marketinq mütəxəssisi və digər peşələr barədə biliklərə yiyələnəcəklər.

Təlimdə iştirak 2021-ci ilin mart ayına qədər ödənişsiz olacaq. Proqramın sonunda isə 15 dollar ödəniş edən iştirakçılara sertifikat veriləcək.

Milli.Az