Google yeni funksiyanı işə salır - AirDrop-dan fərqi...

4 İyul 2020 21:10

Google faylları bir cihazdan digərinə hava vasitəsilə ötürə bilən Nearby Share funksiyasını təqdim edir.

Milli.Az ted.az-a istinadən bildirir ki, funksiya Apple-ın AirDrop texnologiyası ilə oxşardır.

Nearby Share istifadəçilərə foto, video, link və hətta tvitləri sürətli şəkildə bir cihazdan digərinə köçürməyə imkan verəcək.

AirDrop-dan fərqli olaraq, bu funksiya faylları eyni anda 5 nəfərə göndərməyə şərait yaradacaq.

Milli.Az