Apple az pulla çox qazanmaq fikrindən daşınmaq istəmir: iPhone SE 2 Plus gəlir

4 İyul 2020 23:45

Apple dünyanın ən çox qazanan mobil telefon istehsalçısıdır. Bunun əsas səbəbi isə telefonlarda dəyişiklik etməməsi və eyni telefonları satışa çıxarmasıdır. iPhone 6 ilə iPhone 6s, iPhone 7 ilə iPhone X, iPhone X ilə iPhone XS və nəhayət, iPhone 11 ilə iPhone 12 dizayn baxımından az qala eynidir. Şirkət, eyni zamanda, "ucuz iPhone" üçün iPhone SE 2020 ilə qarşımıza çıxıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, gözlənilənin əksinə modelə böyük diqqət göstərilməsinin ardınca iPhone SE 2 Plus modelinin təqdim olunacağı söyləntiləri başlayıb.

iPhone SE 2020 ilə iPhone 8 dizayn baxımından çox oxşardır. iPhone SE 2 Plus-ın isə iPhone 8 Plus ilə eyni olacağı deyilir. 5,5 düymlük ekrana sahib olacaq iPhone SE 2 Plus-ın barmaq izi oxuma sensoru yan tərəfdə yerləşəcəyi bildirilir.

iPhone 8 Plus TouchID sistemi öndə, ekranın altındadır. Sensorun yan tərəfə daşınması dizayn olaraq tamamilə yeni telefonun ortaya çıxması deməkdir.

Qeyd edək ki, iPhone SE 2 Plus-ın sentyabrda iPhone 12 ilə birgə təqdim olunacağı gözlənilir.

Milli.Az