Göygöldə 2 avtomobil toqquşub, xəsarət alanlar var

2 İyul 2020 15:36

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, hadisə rayondakı Bayraq Meydanının yaxınlığında qeydə alınıb. Belə ki, "VAZ 2107" markalı minik maşını digər minik avtomobili ilə toqquşub. Qəza zamanı 2 nəfər - 1998-ci il təvəllüdlü Kəpəz Göyüşov və 2000-ci il təvəllüdlü Aydın Yusibov xəsarət alaraq xəstəxaya yerləşdirilib.

Hər iki xəstənin vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az