Prezident İlham Əliyev Azərbaycan və Türkiyə arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında sazişi təsdiq edib

2 İyul 2020 13:04

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında" Sazişi təsdiq edib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında" 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilib

Milli.Az