"Bir canlı meyitdir, nə dura, nə otura bilir, çətinliklə danışır" - Ağamirzə Kərimin SƏHHƏTİNDƏN DANIŞDI

3 İyul 2020 05:30

Tanınmış meyxanaçı Ağamirzə Məmmədov dostu, tanınmış meyxana ustadı Ağakərimin səhhətindən danışıb.

Milli.Az bildirir ki, o, "ölkə.az"a açıqlamasında Ağakərimin vəziyyətinin ağır olduğunu deyib.

"Hazırda vəziyyəti çox pisdir. Evdə müalicə alır, sakitləşdirici dərmanlar qəbul edir. Elə bir canlı meyitdir, nə dura bilir, nə otura bilir. Ancaq gözləri baxır, adam baxanda ürəyi ağrıyır. Nitqi də yaxşı deyil, çox çətinliklə bir-iki kəlmə danışa bilir", - deyə o, bildirib.

Qeyd edək ki, meyxanaçı Ağakərimin 2017-ci ilin mart ayında beyninə qan sızıb və uzun müddətdir ki, bu xəstəlikdən əziyyət çəkir.

Milli.Az