Məğlubedilməz meksikalı boksçu Aleksandr Qonzalez 21 yaşında xərçəngdən vəfat edib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Dünya Boks Şurasının (World Boxing Council, WBC) rəhbəri Maurisio Süleyman açıqlama ilə çıxış edib.
Qeyd olunur ki, idmançı 2019-cu ildən onkoloji xəstəliklə mübarizə aparırdı.
"O, Meksika boksunun böyük ümidlər vəd edən idmançısı idi. Kədərimiz böyükdür, amma Qonzalez heç vaxt unudulmayacaq. Ruhun şad olsun!", - deyə Dünya Boks Şurasının rəhbəri qeyd edib.
Milli.Az