Gerye rəsmən “Qarabağ”da

1 İyul 2020 20:59

Donald Geryenin yenidən "Qarabağ"a qayıtması rəsmiləşib.

Milli.Az xəbər verir ki, bu barədə Haiti millisinin futbolçusu instaqram hesabında yazıb.

O, sabiq komandasına geri döndüyünü açıqlayıb.

Qeyd edək ki, Donald Gerye 2017-2019-cu illər ərzində də "Qarabağ"da çıxış edib. O, Ağdam təmsilçisindən ayrıldıqdan sonra "Neftçi"yə keçmişdi. Gerye "Qarabağ"la ikiqat Azərbaycan çempionluğu (2018, 2019) qazanıb.

Milli.Az