Məşhur aparıcıya yeni vəzifə verildi - FOTO

1 İyul 2020 20:23

"Xəzər TV"nin keçmiş aparıcısı Vamiq Nəsirov özünə yeni iş tapıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, "Facebook" profilində bu gündən Azərbaycan Milli Anti-Dopinq Agentliyinin (AMADA) Media və Kommunikasiya şöbəsinin müdiri vəzifəsində işə başladığını bildirib.

Qeyd edək ki, Vamiq Nəsirov 13 il çalışdığı "Xəzər" telekanalından ayrılması barədə dörd gün əvvəl məlumat vermişdi.

Milli.Az