Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələr verildi

1 İyul 2020 16:23

Prezident İlham Əliyev Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Sərəncamla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə ali xüsusi rütbələr verilib:

polis general-leytenantı ali xüsusi rütbəsi

polis general-mayoru Seyfulla Səttar oğlu Əzimova

polis general-mayoru ali xüsusi rütbəsi

polis polkovniki Teymur Kamil oğlu Hacıyevə

polis polkovniki Nurullah Abdulla oğlu Məmmədxanlıya.

Milli.Az