Azərbaycanla Türkiyə arasında Preferensial Ticarət Sazişi təsdiqləndi

1 İyul 2020 16:07

Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Qanunla 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi təsdiq edilir.

Milli.Az