Azərbaycan və Türkiyə arasında hərbi maliyyə əməkdaşlığı haqqında Saziş təsdiqləndi

1 İyul 2020 15:58

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Qanunla "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında" 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilir.

Milli.Az