Bakıda qadın atasının tapançasını polisə təhvil verib

1 İyul 2020 15:15

Bakıda qadın atasının silahını polisə təhvil verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində Bakı şəhər sakini F.Mehdiyeva mərhum atasından qalmış "Makarov" markalı tapançanı və 8 ədəd patronu könüllü olaraq Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə təhvil verib.

Milli.Az