Türkiyədə qayıq batıb, 60 nəfər itkin düşüb

1 İyul 2020 12:39

Türkiyənin Van gölündə qanunsuz miqrantları daşıyan qayıq batıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu bildirib ki, batan gəmidə 55-60 nəfərin olduğu ehtimal edilir. Batanlardan 6-nın meyiti tapılıb. Qalanlar itkin düşmüş sayılır. 

Hadisə ilə əlaqədar 11 nəfər saxlanılıb.

Milli.Az