Rusiyalı Əməkdar artist vəfat etdi

1 İyul 2020 12:21

Rusiyanın əməkdar artisti Viktor Proskurin vəfat edib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, sənətçi tamaşaçılara "Zalım Romantika" və "Böyük Fasilə" filmlərindəki rolları ilə yadda qalıb. Aktyor  68 yaşında vəfat edib. Bu barədə xəbəri onun həyat yoldaşı İrina Honda sosial şəbəkədə məlumat verib.

"Əzizim, sevgilim! 30 iyun 2020-ci ildə Vityusha öldü. Viktor Alekseevich Proskurin. Həyat yoldaşım. Dostum. Nə deyəcəyimi bilmirəm, çünki hələ şokdayam",- deyə o, yazıb.

Aktyorun ölüm səbəbi haqqında heç bir məlumat verilməyib.

Milli.Az