Braziliyada koronavirusdan ölənlərin sayı 60 minə çatır

1 İyul 2020 09:24

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa daha 33 846 nəfər yoluxub.

Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 1 402 041 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka koronavirusdan 1 280 nəfər ölüb, ölənlərin ümumi sayı 59 594 nəfər təşkil edir.

Qeyd edilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 790 040 nəfər sağalıb.

Milli.Az