Nigeriyada avtobus qəzası olub, çox sayda ölən var

1 İyul 2020 09:14

Nigeriyanın cənub-şərqindəki Abiya ştatında avtobusun qəzaya uğraması nəticəsində azı 18 nəfər həlak olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, qəzaya səbəb avtobusun yüksək sürətlə hərəkət etməsi zamanı təkərlərindən birinin çıxması olub.

Nəticədə avtobus bir neçə dəfə yuvarlanıb. Qəzaya uğrayan avtobusda sərnişinlərin dəqiq sayı barədə məlumat verilməyib.

Milli.Az